Modern.az

Məhkəməyə arvad paltarında gətirilən erməni azadlığa çıxdı

Məhkəməyə arvad paltarında gətirilən erməni azadlığa çıxdı

Dünya

20 İyun 2014, 16:17

Moskva şəhər Məhkəməsinin Rəyasət Heyəti 18 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəbkar olmuş erməni Qraç Arutyunyanın həbs qətimklan tədbirinin uzadılmaması haqda qərar çıxarıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rəyasət Heyəti Tver məhkəməsinin 2013-cü il dekabrın 13-də qəbul etdiyi qərarda pozuntular aşkarlayıb və iş materiallarını yenidən baxışa yollayıb.

Qeyd edək ki, məhkəmənin dekabr ayındakı qərarından sonra Arutyunyanın həbs müddəti bir neçə dəfə uzadılıb. Erməni sürücünün idarə etdiyi KaMAZ 2013-cü il iyulun 13-də Podolski yaxınlığında sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 18 nəfər ölüb, 60-dan çox sərnişin yaralanmışdı. Ekspertiza müəyyən edib ki, Arutyunyan uzun müddət nəqliyyat vasitəsini texniki baxışdan keçirməyib. Bundan əlavə Rusiya Daxili İşlər Nazirliyi təqsirləndirilənin yol hərəkəti qaydalarına əməl etmədiyini müəyyənləşdirmişdi.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir