Modern.az

Akademik Cəlal Əliyev haqqında yeni xəbər var

Akademik Cəlal Əliyev haqqında yeni xəbər var

Təhsil

3 Sentyabr 2014, 14:16


Akademiyanın  Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib.

İnstitutdan Modern. az-a verilən məlumata görə bununla bağlı jurnalın baş redaktoru Dr. K.Uilsondan daxil olmuş məktubda C. Əliyevin uzun illər ərzində kənd təsərrrüfatı bitkilərinin fiziologiyası və biokimyası sahəsində dərin tədqiqatlar apardığı və onların nəticələrinin beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunduğu vurğulanır.

Qeyd edək ki, akademik Cəlal Əliyev biologiya elminin ən müasir istiqamətləri üzrə ABŞ, Avropa və Avstraliyada nəşr olunan bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.

Elmin Nuri  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir