Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun müstəqillik elan etməsinin beynəlxalq qanunları pozmadığına dair qərar çıxarıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, Beynəlxalq məhkəmə Kosovonun çoxluq təşuil edən alban icması və serb qüvvləri arasında 9 il əvvəl baş vermiş müharibədən sonar ilk dəfədir ki belə bir qərar qəbul edir. Beynəlxalq Məhkəmənin sədri Xisasi Ovada qeyd edib ki, beynəlxalq hüquqda “müstəqilliyin elan olunmasına qadağa yoxdur”.
Bir sıra Qərb ölkələri Kosovonun müstəqilliyini tanıyıb. Serbiya və onun müttəfiqi Rusiya bu qərardan imtina ediblər.
Beynəlxalq Məhkəmənin qərarından sonra ABŞ Avropa dövlətlərini Kosovonun müstəqilliyini tanımağa çağırıb. Avropa Birliyi isə qərarı alqışlayaraq alban və serbləri dialoqa dəvət edib.