Modern.az

Narazılar yeni başqanı qəbul etmirlər - Gülağa Aslanlı

Narazılar yeni başqanı qəbul etmirlər - Gülağa Aslanlı

Təhsil

20 Noyabr 2014, 13:42

Müsavat Partiyasının qurultayından uzun vaxt keçsə də, partiya daxilindəki ziddiyyətlər səngimir. Başqanlıq seçimində Arif Hacılının qələbəsini qəbul etməyənlər hələ də öz iddialarında qalır, partiya daxilində yeni bir struktur yaratmağa çalışırlar.

Belə demək mümkünsə, partiyada kimsənin sözü o birinin boğazından keçmir. Arif Hacılı görüşlər təyin etsə də, narazı qüvvələr bunu qəbul etmirlər. Başqanlığa keçmiş namizəd Səxavət Əlisoyun partiyadan çıxarılması, Əlövsət Talışxanlı ilə Hikmət Hacızadənin istefa vermələri isə Müsavatda vəziyyətin hələ uzun müddət gərgin olacağından xəbər verir.

“Başqanlıq seçimlərindən narazı qalan insanlar heç bir təklifi qəbul etmirlər. Onlar partiya başqanının, rəhbərliyin təşkil etdikləri görüşlərə gəlmirlər. Guya, yeni bir  struktur kimi görünə biləcək fraksiya yaratmaq fikrindədirlər. Onların sonuncu tədbirlərindən belə görünür. Amma bu fəaliyyətləri nizamnaməyə ziddir”.

Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı  deyib.

Onun sözlərinə görə, Müsavat tarixən özünün nizamnaməsi  əsasında fəaliyyət göstərib:

“Bundan sonra da hər şey birmənalı olaraq nizamnaməyə uyğun  həyata keçiriləcək. Narazı qüvvələr başqanın və digər vəzifələrə seçilənlərin təyinatını qəbul etmək istəmirlər. Onlar başqa yol seçiblər. Lakin onlar nizamnamə çərçivəsində hərəkət etməlidirlər. Onlar fraksiya yaratmaq istəkləri də nizamnaməyə ziddir”.

Məltəm TALIBZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!