Modern.az

Bakı Təhsil İdarəsinin rəhbərliyinə gətirilən Məhəbbət Vəliyeva kimdir? - FOTO

Bakı Təhsil İdarəsinin rəhbərliyinə gətirilən Məhəbbət Vəliyeva kimdir? - FOTO

5 Dekabr 2014, 23:46

Xəbər verdiyimiz kimi dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi məqsədilə müvafiq əmrləe imzalayıb.
Nazirin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. 

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının əməkdar müəllimi olan Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində doğulub.1990-cı ildə Bakı Slavyan Universitetini bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhərindəki 190№-li məktəbdə başlayıb.

2003-2008-ci illərdə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində işləyib.
28 aprel 2008-ci il tarixindən bu günədək Zərifə Əliyeva adına liseyə işinə rəhbərlik edirdi. Ailəlidir. İki övladı, 1 nəvəsi var.

A.Qorxmaz 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır