“Biz Bakıda çox məhsuldar və səmərəli görüşlər keçirdik”. Modern.az xəbər verir ki, bu barədə Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Bernar Fasye bu gün jurnalistlərə bildirib. “Biz bu gün iki dəfə xarici işlər naziri Elmar Məmmədyarovla görüşdük. Bir dəfə səhər, daha sonra isə prezident İlham Əliyevlə görüşdən sonra”,-deyə Fasye bildirib. Müzakirə olunan məsələlərə gəlincə, Fasye qeyd edib ki, bu, həmsədrlərin missiyasının birinci hissəsidir. “Görüşlərin yekunlarına dair ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanatla çıxış edəcəklər”,- deyə Fasiye əlavə edib.