Modern.az

İŞİD-dən daha bir qanlı edam - FOTO

İŞİD-dən daha bir qanlı edam - FOTO

Dünya

14 Aprel 2015, 14:45


İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yenidən edam xəbəri ilə gündəmə gəlib. Modern.az saytı xarici mətbuata istinadla xəbər verir ki, təşkilatın cəlladları bu dəfə dinə söydüyü iddiası ilə bir nəfərin başını balta ilə kəsib.

Suriyanın Həma şəhərində baş tutan edam zamanı həmin şəxsin əlləri və gözləri bağlanıb, daha sonra isə qəssab baltası ilə öldürülüb. Edamdan çəkilən görüntülər internetdə yayılıb.

Sevinc Yasinqızı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir