Modern.az

Nepalda ölənlərin sayı 4400-ü keçdi

Nepalda ölənlərin sayı 4400-ü keçdi

Dünya

28 Aprel 2015, 10:49


Aprelin 25-də Nepalda baş verən 7,8 bal gücündə zəlzələ azı 4400 nəfərin həyatına son qoyub, 8 mindən artıq insan isə xəsarət alıb. Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, dəhşətli zəlzələ ümumilikdə, 8 milyon insanın gündəilk həyat ritmini pozub. Zərərçəkmiş bölgələrələ BMT-nin rəhbərliyi ilə bir çox dünya ölkələrindən humanitar yardımların gətirilməsinə başlanılıb. Nepalın paytaxtı Katmandu ətrafında 20-dən artıəq çadır şəhərciyi qurulub. Paralel olaraq xilasedicilər zəlzələdən zərərçəkmiş dağ kəndlərinə də yardımlar edirlər.

Aprelin 25-də Nepal vaxtı ilə 11:41-də baş verən 7,8-7,9 bal gücündə zəlzələ Katmandudan 80 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib.

Qonşu Hindistan, Banqladeş və Çinin Tibet muxtariyyətində isə zəlzələ 80 nəfərin həyatına son qoyub.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir