Modern.az

Bakıda həbs olunan iş adamının vəkili DANIŞDI

Bakıda həbs olunan iş adamının vəkili DANIŞDI

Təhsil

13 May 2015, 18:06


İki gün öncə Bakıda həbs olunan Nizami Piriyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır.

Modern.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında oliqarxın vəkili Muxtar Mustafayev deyib.

Vəkilin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir.

Bununla belə M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib.

Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində “Bandotdel”in təcridxanasında saxlanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!