Modern.az

Rusiya prezidentinin azərbaycanlı müşaviri vəfat edib

Rusiya prezidentinin azərbaycanlı müşaviri vəfat edib

20 May 2015, 16:54


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib və onun nəşi Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.

Tanınmış ictimai xadim Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır.

Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. Allah rəhmət eləsin!

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!