Modern.az

İran “Böyük Asiya koalisiyası” yaratmağa çağırdı

İran “Böyük Asiya koalisiyası” yaratmağa çağırdı

Dünya

19 Oktyabr 2015, 21:02

 

İranın müdafiə nazirinin müavini, briqada generalı Nəsrulla Kələntəri Pekində keçirilən 6-cı Syanşan təhlükəsizlik forumunda terrorçuluqla mübarizə aparmaq üçün “Böyük Asiya koalisiyası” formalaşdırılmasını təklif edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Kələntəri çıxışında qeyd edib ki, Asiya terrorçuların əsas hədəflərindən biridir.

  “Terrorçuluq bizim zamanımızda qloblal fenomenə çevrilib və o, ilk növbədə Asiyaya yönəlib”, - müdafiə nazirinin müavini deyib. O həm də vurğulayıb ki, “Böyük Asiya koalisiyası”nın formalaşdırılması terror təhlükəsinin qarşısının alınması üçün ən vacib şərtlərdən biridir.

Kələntərinin fikrincə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraq və Suriyada fəaliyyəti hər şeydən öncə “tamaşaya” bənzəyir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?