Modern.az

Almaniyada partlayış nəticəsində azı 4 nəfər ölüb

 Almaniyada partlayış nəticəsində azı 4 nəfər ölüb

Dünya

21 Noyabr 2015, 20:57

 

Almaniyanın cənubundakı Karlsrue şəhərində mənzillərin birində baş vermiş partlayış nəticəsində ikisi uşaq olmaqla azı 4 nəfər ölüb. Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “Welt” nəşri məlumat yayıb.

 Məlumata görə, insident binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib. Partlayış nəticəsində digər sakinlər xəsarət almayıb.  Hadisənin səbəbləri hələlik məlum deyil.

 Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır