Modern.az

Yaponiya anti-İŞİD koalisiyasına qoşulmadı

 Yaponiya anti-İŞİD koalisiyasına qoşulmadı

Dünya

29 Noyabr 2015, 00:53

 

Yaponiya beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmağa hazırlaşmır. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Rasuxisu Kavamuru açıqlama verib.

XİN rəsmisinin sözlərinə görə, Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiyada iştirak eləmək niyyətində deyil: “Həmçinin, İŞİD-ə qarşı koalisiyaya logistik köməyin, bombardmanların və digər hərbi hərəkətlərin təmin edilməsində dəstək də nəzərdə tutulmur”.

Bununla belə, XİN sözçüsü əlavə edib ki, Yaponiya qaçqınlara humanitar köməyi əsirgəməyəcək.   Az öncə İŞİD əleyhinə quru əməliyyatlarının aparılması ilə bağlı təklif səslənmişdi.

 Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir