Modern.az

Regionlarda öz hüquqlarını bilənlər azdı ?!

Regionlarda öz hüquqlarını bilənlər azdı ?!

Qarabağ

10 Dekabr 2010, 14:20

Gənclər üçün Təhsil Mərkəzi 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə bu gün 3 regionda  paralel maarifləndirici aksiyaya start verib. Əsasən gənclər üçün nəzərdə tutulmuş aksiyanın əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Sumqayıt, Mingəçevir və Füzulidə həyata keçirilmiş aksiya çərçivəsində orta məktəblərdə və bələdiyyələrdə ictimaiyyət üzvləri üçün maarifləndirici filmlər nümayiş etdirilib, beynəlxalq və yerli təcrübəyə həsr olunmuş məlumatlar verilib və ədəbiyyatlar paylan;b. Mərkəzin regionlardakı fəallarının hazırladıqları maarifləndirici səhnəciklər də orta məktəblərin akt zallarında məktəblilər üçün nümayiş etdirilib. Günün 2-ci yarısı isə hər üç regionda vətəndaşlar üçün pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsinə başlanıllıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü