Modern.az

Azərbaycan XİN-dən Rusiyaya başsağlığı

Azərbaycan XİN-dən Rusiyaya başsağlığı

Ölkə

22 Mart 2024, 23:38

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada baş vermiş silahlı insidentə görə Rusiyaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

 

"Biz Moskvada “Crocus City Hall” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - açıqlamada bildirilir.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub. 

 

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

 

Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı