Modern.az

"3+3" formatında görüş bu il keçirilə BİLƏR

Ölkə

26 Mart 2024, 22:40

Regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır.

 

Modern.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

 

O qeyd edib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.

 

Səfirin sözlərinə görə, "3+3" formatı üzrə növbəti görüş bu il baş tuta bilər. Cəlali Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, ötən ilin oktyabr ayında İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. Gürcüstan görüşdə iştirak etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir