Modern.az

Zaxarovadan anklavlarla bağlı Bakı və İrəvana ÇAĞIRIŞ 

Zaxarovadan anklavlarla bağlı Bakı və İrəvana ÇAĞIRIŞ 

27 Mart 2024, 19:32

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

 

O deyib ki, bütün ərazi mübahisələri və qarşılıqlı iddialar yalnız siyasi-diplomatik yolla və üsullarla həll edilməlidir.

 

"Anklavların qaytarılması daxil olmaqla, bu kimi məsələlər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir", - Zaxarova deyib.

 

XİN rəsmisi qeyd edi ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupu kompromislərin hazırlanmasında yaxşı mexanizmdir: “2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların açılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın olublar”.

 

O bəyan edib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində maksimum köməklik göstərməyə hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir