Modern.az

Təyyarə yaşayış binasına düşdü, ölənlər var

Təyyarə yaşayış binasına düşdü, ölənlər var

Dünya

5 May 2026, 02:44

Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına düşüb, nəticədə 2 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

Bildirilib ki, birmühərrikli təyyarə şəhərin şimal-şərqindəki üçmərtəbəli yaşayış binasına çırpılıb. Təyyarə binanın divarını deşib, bu zaman onun qanadları dayanacağa düşüb. Həmçinin yanacaq sızması baş verib və hadisə yerinə dağılıb.

Yanğınsöndürmə xidmətinin ilkin məlumatına görə, ölənlər pilotlar olub.

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!