Modern.az

Doğma torpaqdakı ilk qayğısız gülüşlər bir kadrda 

Doğma torpaqdakı ilk qayğısız gülüşlər bir kadrda 

Qarabağ

Bu gün, 13:24

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzura geri qayıdan sakinlərin iştirakı ilə fləşmob keçirilib.

Modern.az-ın məlumatına görə, fləşmobda doğma yurdlarına qovuşan insanların daxili sevinci və ruh yüksəkliyi nümayiş olunur.

Video layihənin əsas ideyası heç bir sözə ehtiyac duymadan, yalnız insan simalarındakı ifadə ilə Böyük Qayıdışın yaratdığı sevinci, saf və gözəl duyğuları çatdırmaqdır. Ağbirçək nənələrin və ağsaqqal babaların illər sonra tapdıqları hüzur, gənclərin gələcəyə olan inamı və uşaqların doğma torpaqdakı ilk qayğısız gülüşləri kadrda birləşir.

 

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu