Modern.az

Zavodda partlayış baş verdi, ölən və yaralanan var

Zavodda partlayış baş verdi, ölən və yaralanan var

Dünya

Bu gün, 01:58

Çinin Lyuyan şəhərinin Quandu qəsəbəsində (Mərkəzi Çin) yerləşən fişəng istehsalı zavodunda partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Lyuyan şəhərinin Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən "Xinhua" agentliyi məlumat yayıb.

Partlayış nəticəsində üç nəfər ölüb və 25 nəfər xəsarət alıb.

Hadisə yerinə yerli təcili və yanğınsöndürmə-xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə əməliyyatı davam edir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV