Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşa şəhərində yerləşən Milli Xalça Muzeyinin filialını ziyarət ediblər.
Modern.az xəbər verir ki, qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar, Azərbaycan xalçaçılıq sənətinin xüsusiyyətləri və tarixi barədə məlumat verilib.
Xatırladaq ki, mayın 1-də diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Qeyd edək ki, 2 gün davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Xankəndi şəhərinə, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarına səfəri nəzərdə tutulur.