Modern.az

Türkiyə və Ermənistan memorandum imzalayıb

Türkiyə və Ermənistan memorandum imzalayıb

Dünya

4 May 2026, 22:45

Türkiyə və Ermənistan tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak edən Türkiyə vitse-prezident Cevdet Yılmaz məlumat verib.

Yılmaz bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumu imzalanıb .

Onun sözlərinə görə, sənədi iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan imzalayıblar.

Qeyd edək ki, XI əsrə aid körpünün bərpası ilə bağlı iki ölkənin nümayəndələri arasında 2025-ci ildə razılaşma əldə edilib. Bu məsələ Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması danışıqları zamanı dəfələrlə müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV