Modern.az

Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək

Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək

Ölkə

4 May 2024, 12:20

“Bilirsiniz ki, Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.

 

“Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik. Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi