Modern.az

Novruz Məmmədov işdən ÇIXARILDI

Novruz Məmmədov işdən ÇIXARILDI

Ölkə

7 May 2024, 15:56

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.

 

Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi