Modern.az

Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya QAYITDI

Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya QAYITDI

Parlament

15 İyul 2020, 12:31

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən Azərbaycana qayıdıb. Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib.

Arif Orucovun sözlərinə görə, Vahid Əhmədov özünü yaxşı hiss edir.

"Hər şey yaxşıdır. Vahid Əhmədov hazırda evdə müalicəsini davam etdirir".

Qeyd edək ki, bir müddət öncə deputat Vahid Əhmədovun səhhəti ağırlaşmış və o, ürəyində yaranan problemlə əlaqədar təcili olaraq özəl təyyarə ilə Türkiyəyə apaılmışdı.

Millət vəkili hələ 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu....

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir