Modern.az

Vitse-spiker Simonyanın təklifinə CAVAB VERDİ

Vitse-spiker Simonyanın təklifinə CAVAB VERDİ

Parlament

13 Oktyabr 2022, 10:30

Bu yaxınlarda Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib. Görüşdə Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib. 

 

Azərbaycan Milli Məclisinin sədr müavini Fəzail İbrahimli erməni spikerin irəli sürdüyü təklifə münasibət bildirib.

 

Bu barədə Modern.az-a danışan vitse-spiker deyib ki, belə bir təklifin məhz Ermənistan tərəfindən edilməsinin xüsusi məqsədi var: 

 

“Ermənistan müstəqil siyasət yeridən dövlət deyil. Ermənilərə hansı inam, etibardan söhbət gedə bilər? Bir ayağı Avropada, bir əli Amerika lobbilərinin cibində olan, daxilində siyasi anarxiya, gücsüz hakimiyyət, iqtisadi böhran, qeyri-müəyyənlik yaşayan ölkədən danışırıq. Ermənistan iki ildir, bağlanan müqavilənin şərtlərinə əməl etmir. Brüsseldə keçirilən görüşlərdə Nikol Paşinyan bir söz deyir, Ermənistana qayıdanda başqa söz. Rusiya ilə görüşəndə isə tamam fərqli mövqedən çıxış edir. Onların sözünün heç bir qüdrəti yoxdur və belə bir görüş keçirilsə də hansısa nəticənin əldə ediləcəyinə ümid bəsləmirəm".

 

 

F.İbrahimli qeyd edib ki, Azərbaycan sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddədən ibarət təkliflər verib. Onun sözlərinə görə, ölkəmiz sülh müqaviləsinin tezliklə imzalanmasına çalışır:

 

"Azərbaycan parlamentinin spikeri bu görüşə qoşulmaq istəyərsə, kifayət qədər arqumentləri var. Azərbaycanın tarixində həmişə önəmli yer tutan parlament bu məsələlərdə də öndə ola bilər. Belə bir görüş baş tutarsa, Azərbaycan orada öz tələblərini bir daha qətiyyətlə müdafiə edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi