Modern.az

Deputatlar sabah Vyanaya gedirlər

Deputatlar sabah Vyanaya gedirlər

Parlament

19 Fevral 2024, 10:44

Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

 

Sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitəsinin iclasları keçiriləcək.

 

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.

 

Səfər fevralın 24-də başa çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi