Modern.az

"Rusiyanın bütün dünya ilə müharibə apardığını deməmişəm"

Parlament

22 Fevral 2024, 12:48

"Nurman Kurtulmuş qeyd etdi ki, Rusiya bütün dünya ilə müharibə aparır, amma bu belə deyil. Rusiya yalanla, Qərbin ikili standartları ilə mübarizə aparır". 

 

Modern.az xəbər verir ki, bu fikirləri Rusiyanın Federasiyasının Dövlət Dumasının sədr müavini Petr Tolstoy fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.

 

“Əminəm ki, buradakı bütün nümayəndələr ikili standartlara qarşı çıxış edir. Biz bu ikili standartlara qarşı səylərimizi birləşdirməyə, Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmağa çağırırıq. Beynəlxalq hüquqa əməl edilməklə poblemlərin həlli üçün parlament dialoqunun daha səmərəli mexanizminə keçid edilməlidir. Nəzərə çatdırım ki, bu müharibəni biz başlatmamışıq. Biz dünyada ikili standartlara, qərəzə qarşı mübarizə aparırıq. Qərb ölkələr arasında qarışıqlıq salmaq istəyir.  Biz milli təhlükəsizliyimizi təmin edirik. Necə ki, bunu 1945-ci ildə Berlində təmin etmişik, eləcə də Kiyevdə təmin edəcəyik. Biz ABŞ-nin diqtəsi ilə idarə olunan dünya nizamını qəbul etməyəcəyik. Qərbin son 500 ildəki hegemoniyasının sonu gəlib", - deyə Petr Tolstoy vurğulayıb. 

 

TBMM sədri Nurman Kurtulmuş isə qeyd edib ki, tərcümə xətası olub: "Rusiyanın bütün dünya ilə müharibə apardığını deməmişəm. Davam edən Ukrayna-Rusiya müharibəsinin artıq Qərblə aparılan müharibəyə çevrildiyini demişəm. Türkiyə hər zaman sülhdən və diplomatiyadan yana olub. Biz hər zaman danışıqlarda vasitəçi olmağa hazırıq".

 

Milli Məclisin spikeri Sahibə Qafarova da bunun tərcümə xətası olduğunu, Nurman Kurtulmuşun belə bir şey demədiyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü