Modern.az

“Sülh müqaviləsini daha çox ermənilər düşünsün” - Deputat

“Sülh müqaviləsini daha çox ermənilər düşünsün” - Deputat

Parlament

5 Mart 2024, 11:35

“Əgər Prezident bəyan edirsə ki, Ermənistan-Azərbaycan münasibətlərinin əhəmiyyətini süni şəkildə şişirtməyə ehtiyac yoxdur, bu hər kəs üçün siqnal olmalıdır. Bəli, Ermənistan bizim qonşumuzdur, Xarici siyasətimizin müəyyən istiqamətlərində bu amil nəzərə alınır, amma bütövlükdə Ermənistan bizim xarici siyasətimizin vacib hissəsi deyil. Biz artıq məsələmizi həll etmişik. Bundan sonra qalır sülh müqaviləsi, əldə olunacaq ya olunmayacaq, bunu daha çox ermənilər düşünsün”.
 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Bəhruz Məhərrəmov səsləndirib.
 

“Bütün bunların fonunda, əgər bu gün Avropa Parlamenti heç bir hüquqi əsas olmadığı halda Azərbaycan əleyhinə qətnamələr qəbul edirsə, yaxud bu gün Makron cənab İlham Əliyev qarşısında heç bir şansı olmadığını bilə-bilə, Ermənistanı silahlandırırsa, vahid bir məqsəd var - erməni məsələsini gündəmdə saxlamaq.

Amma göründüyü kimi, İlham Əliyev faktiki olaraq erməni məsələsini beynəlxalq gündəmdən çıxarmağı bacarıb.

Ona görə də indi üzərimizə başqa məsələlərlə gəlməyə başlayıblar, məsələn iqlim dəyişiklikləri ilə mübarizə fonunda bizi neft-qaz ölkəsi olmaqda günahlandırırlar, baxmayaraq ki, onlar iddialarında səmimi olsaydılar, bunu 10 illər əvvəl etməli idilər.

Amma susurdular, çünki, əmin idilər ki, Azərbaycanı da neft lənətinə düçar edəcəklər, bir sıra ərəb və Afrika ölkələrində olduğu kimi, Azərbaycanda da oxşar sistem qurub, sərvətləri rahat talayacaqlar.

Bu gün isə Azərbaycan qazı ikişafın yeni mərhələsində önəmli rol alır. Amma bu dəfə artıq həmin qlobal güclər daha yaxşı anlamağa başlayıb ki, Azərbaycanda təbii sərvətlərin inkişafa transformasiyasının qarşısını almaq mümkün deyil, ona görə də bu gün biz təbii sərvətlərə malik olmaqda günahlandırılırıq”,- deyə deputat bildirib.
 

“Əlbəttə, bu qərəzdir, cənab İlham Əliyevin Bakıda Cənub Qaz Dəhlizi və  Yaşıl Enerji Məşvərət Şuraları iclasında da bildirdiyi kimi, “qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir””, - deputat əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir