Modern.az

Bakı yollarla bağlı bəzi problemlərlə üzləşir - Deputat

Bakı yollarla bağlı bəzi problemlərlə üzləşir - Deputat

Parlament

11 Mart 2024, 10:15

2023-cü ildə Azərbaycanda 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1.7 milyard dollar vəsait ödənilib. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib. 

 

O qeyd edib ki, 2022-ci ilə nisbətən bu say 28.7% artıb (21 400 ədəd), 2023-də Azərbaycanda 5200 avtomobil yığılıb. 

 

“İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Onların həlli ilə çoxları yolların genişləndirilməsini, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisini və çoxlu sayda parkinq yerlərinin yaradılmasını görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır.

 

Azərbaycan yolların keyfiyyətinə görə dünyada 141 ölkələri arasına 27-ci, post-sovet ölkələri arasında isə liderdir. Təkcə 2023-cü ildə ölkədə 881 km yeni avtomoil yolu çəəkilib. Ümumiyyətlə, son 20 il ərzində ölkədə 21000 km yol yenidən tiklib və təmir edilib, 500 körpü tiklib. Onun 2000 km Bakının payına düşür. Son 20 ildə görülən nəhəng işlərə rəğmən, Bakı bu gün bu sahədə bəzi problemlərlə üzləşir”, - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir