Modern.az

Azərbaycanda hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür

Azərbaycanda hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür

Parlament

11 Mart 2024, 10:19

“Ölkədə hava çirklənməsinin 80%-i avtomobillərin payına düşür. 2023-cü ildə ölkəyə 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1.7 milyard dollar vəsait ödənilib. 2022-ci ilə nisbətən bu say 28.7% artmışdır (21 400 ədəd). 2023-də Azərbaycanda 5200 avtomobil yığılıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib. 

 
“Nəqliyyat problemlərinin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, demək olar ki, hər kəsin problemin həlli ilə bağlı öz fikri var. İnsanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər. Onların həlli ilə çoxları yolların genişləndirilməsini, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisini və çoxlu sayda parkinq yerlərinin yaradılmasını görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır”,- deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir