Modern.az

Deputatlar Avronest PA-nın sessiyasında iştirak edəcəklər

Deputatlar Avronest PA-nın sessiyasında iştirak edəcəklər

Parlament

15 Mart 2024, 12:24

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov, Kəmaləddin Qafarov və Razi Nurullayev qurumun 11-ci sessiyasında iştirak edəcəklər.

 

Modern.az xəbər verir ki, onlar bu məqsədlə martın 18-də Brüssel şəhərinə səfər edəcəklər.

 

Tədbirdə əvvəlki sessiyanın protokolu və təşkilatın 2024-2025-ci illər üçün iş planları təsdiqlənəcək, Avronest PA komitələrinin və işçi qruplarının məruzələri və məlumatları dinləniləcək.

 

Səfər martın 21-də başa çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı