Modern.az

Türk dövlətləri QHT-lərinin I Bakı Forumu təklifi irəli sürülüb

Türk dövlətləri QHT-lərinin I Bakı Forumu təklifi irəli sürülüb

6 Noyabr 2009, 20:22

Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatları işçi qrupunun toplantısı keçirilib. Forumun mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, toplantıda Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq perspektivləri, hər iki ölkənin ictimaiyyəti arasında dialoqun gücləndirilməsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti vasitəsilə Azərbaycan-Türkiyə QHT-ləri arasında telekörpü yaradılması, Azərbaycanın digər telekanalları vasitəsilə Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş teledebatların təşkil edilməsi, Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələrlə və məşhur azərbaycanlı iş adamları ilə əlaqələrin qurulması təklif və müzakirə olunub. İclasda, həmçinin 2010-cu ilin mayında türk dövlətləri QHT-lərinin I Bakı Forumunun keçirilməsi istiqamətində müvafiq işlərin aparılması təklifi də irəli sürülüb. Xatırladaq ki, növbəti həftə Türkiyənin ölkəmizdəki səfiri ilə görüş keçirilməsi nəzərdə tutulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir