Modern.az

Paşinyan Qarabağa gəlir

Paşinyan Qarabağa gəlir

2 Avqust 2019, 12:28

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal alıtndakı Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Xankəndi şəhərinin mərkəzi meydanında vacib nitq söyləyəcəyini deyib.

“Avqustun 5-də Xankəndində önəmli hadisə - Ümumerməni Oyunlarının açılış mərasimi olacaq. Mən əlbəttə ki, bu tədbirdə olacam. Bu günlərdə Xankəndində Diaspor, Ermənistan və Qarabağın nümayəndələri toplaşacaq”.

 

Güniş nitq söyləyəcəyinin anonsunu verən Paşinyan ümummilli məsələlərə geniş yer ayıracağını söyləyib.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!