Modern.az

Qarabağın digər rayonlarına da avtobus marşrutları açılacaq? - Rəsmi CAVAB

Qarabağın digər rayonlarına da avtobus marşrutları açılacaq? - Rəsmi CAVAB

Qarabağ

26 Yanvar 2022, 11:38

Yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla bağlı bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət də ünvanlayıblar.

Şuşa və Ağdamın ardınca, Qarabağın digər rayonlarına da avtobus marşrutları açıla bilərmi?
 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş digər bölgələrə sakinlərin səfərinə növbəti mərhələdə baxıla bilər.


Nazirlikdən verilən məlumata görə, təhlükəsizlik, ərzilərdən minaların təmizlənməsi və s. məsələlər səbəbi ilə işğaldan azad olunan digər ərzilərə səfərlər hələ ki təşkil olunmur:


“Biz insanların həyatını təhlükəyə ata bilmərik. Həmin ərazilərdə infrastruktur qurulmalıdır”.


Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərini ziyarət etmək istəyən vətəndaşlar yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzui limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində açılan marşrutlardan istifadə edirlər.

Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.

Marşrutlara bilet satışı onlayn qaydada həyata keçirilir. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var