Modern.az

Azərbaycandan 40-dək jurnalist Gürcüstana gedib

Azərbaycandan 40-dək jurnalist Gürcüstana gedib

Qarabağ

23 İyul 2010, 16:25

“Borçalı” İctimai Cəmiyyəti iyulun 24-də bir qrup jurnalisti Gürcüstana aparıb. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, səfər Dmanisi rayonunun Armudlu yaylasında 2-ci “Elat günü” kütləvi tədbirində iştirakla əlaqədar təşkil olunub.  

“Elat-hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü – yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni – təsərrüfat tipinə malik insan qruplarının – sosial birliklərin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətidir. Özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstan Respublikasının şərqində hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən kompakt yaşayan, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır”-deyə cəmiyyətdən bildirilib.

“Borçalı”dan verilən məlumata görə, Gürcüstana dostluq səfərinin məqsədi “Elat günləri” keçirmək, ənənəsini davam etdirmək və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirməkdir.   Tədbirdə 10 minə yaxın soydaşımızın və qonaqların iştirakı nəzərdə tutulur. “Borçalı” İctimai Cəmiyyətindən bildirlib ki,  tədbirə Azərbaycandan 40-dək jurnalist də aparılıb. Nümayəndə heyətinin iyulun 26-da geri qayıdacağı gözlənilir. Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!