Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq tədbir keçirəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq tədbir keçirəcək

18 Noyabr 2010, 18:23

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

18 ölkə və bir sıra beynəlxalq təşkilat təmsilçilərinin qatıldığı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational Təşkilatının, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun  və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin yaxından iştirakı və dəstəyilə həyata keçirilir.

Modern.az-ın məlumatına görə, konfrans 25-26 noyabr 2010-cu ildə Bakı şəhərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!