Modern.az

Fotoqrafları sevməyən birinci xanım - Əzəm Fərəhi

Fotoqrafları sevməyən birinci xanım - Əzəm Fərəhi

2 Aprel 2012, 16:23


Üç övlad anası olan İranın birinci ledisinin əri ilə münasibətlərində bir sıra problemlər yaşadığına dair məlumatlar yayılıb


Modern.az saytı “Birinci ledilər” rubrukasında xarici ölkələrin dövlət başçıarının xanımları  barədə məlumatların təqdimatını davam etdirir.

Rubrukanın budəfəki təqdimatı xaric üçün qapalı bir ölkənin - İran İslam Respublikasının birinci xanımı haqqındadır. Ölkə prezidenti Mahmud Əhmədinejadın həyat yoldaşı Əzəm əs-Səadət Fərəhi barədə məlumatlar olduqca azdır. Bu da İslam Respublikasının xanımlarının xaric üçün qapalı olmasından irəli gəlir, hələ o da ki ölkənin birinci ledisi ola...

Onun barəsində ilk bilgilər 2006-ci ildə - əri prezident seçildikdən sonra bəlli olub.

O zaman Əzəm Fərəhi prezident Əhmədinejadı Malayziyaya rəsmi səfəri zamanı müşayiət edirdi. Amma KİV-in onun barəsində nə isə öyrənmək cəhdi nəticə vermədi. Birinci ledi ağzını açıb nə bir kəlmə söz danışdı, nə də fotoşəklini çəkməyə icazə verdi.

... Məlumatlara görə, Əzəm Fərəhi həyat yoldaşı Mahmud Əhmədinejadla bir ali məktəbdə oxuyub. Tehran Texnologiya Unversitetinin Maşınqayrma fakültəsini bitirəndə gələcək birinci ledi mühəndis-mexanik ixtisasına yiyələnib. Bu sahə üzrə bakalavr dərəcəsi alan Fərəhi sonralar ali təhsil üzrə magistr dərəcəsinə də yiyələnib.
20 il ali məktəbdə dərs deyən xanım Fərəhi həyat yoldaşı prezident seçildikdən sonra həmin iş yerini tərk edib.

... 2009-cu ildə İtaliyaya səfər edən Əzəm Fərəhinin ilk fotoları üzə çıxdı. Romada keçirilən BMT-nin aclıq probleminə həsr edilmiş konfransına qatılan xanım Fərəhinin çıxışı ilə bərabər siması da yadda qaldı.      

Mahmud Əhmədinejad və Əzəm Fərəhi 1981-ci ildə evləniblər. Evlənən zaman Fərəhinin 24 yaşı olub. 30 ildir ki, birgə yaşayan bu cütlüyün Mehdi və Əlirza  adında iki oğlu, Fatimə adında bir qızı var.

Böyük oğul Mehdi 2008-ci ildə Prezident Administrasiyanın rəhbəri İsfəndiyar Rəhim Maşainin qızı ilə evlənib. Ailənin kiçik oğlu Əlirza isə ordu generalı Mahmud Kavənin qızını alıb. Generalın qızı diş həkimidir.

Bəzi məlumattlara görə, prezidentinn öz həyat yoldaşı ilə münasibətlərində bir sıra problemlər də var. Bu məlumatları nə təsdiq, nə də inkar etmək mümkündür. 
Birinci xanım Hətta İran mətbuatı qarşısına da nadir hallarda çıxır və deyilənə görə, belə şeyləri sevmir...

Əzəm Fərəhi 2009-cu ildə Romada birinci ledilərin iştirakı ilə keçirilən aclığa qarşı sammitdə ilk dəfə əcnəbi publika önündə tribunadan çıxış edib. O, çıxışı zamanı Fələstin qadınları və uşaqlarının vəziyyətilə bağlı həyəcan təbili də çalıb.

Yeri gəlmişkən, 2010-cu ilin noyabr ayında əri Mahmud Əhmədinnejadın Azərbaycana rəsmi səfəri zamanı Fərəhi onu müşayiət edib. Xanım Əzəm əs-Səadət Fərəhi Bakıda İçərişəhərə də gedib, “Şirvanşahlar Sarayı Kompleksi”ni gəzib, Qoşa Qala Qapıları meydanı ilə tanış olub, Multanı və Buxara Karvansaralarına baxıb, Qız Qalasına baş çəkib. Sonda xanım Əzəm əs-Səadət Fərəhi İçərişəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.

2011-ci ildə İranın birinci ledisi Qərbə ünvanladığı kəskin bəyanatla da yadda qalıb: “Avropa ölkələri İslamdan qorxurlar, ona görə də dinin ən vacib atributu olan hicabın bağlamasını qadağan edirlər”. Bu həmin vaxt idiki Fransa, Belçika, Niderland, İsveçrə kimi ölkələrdə hicab əleyhinə qanunlar qəbul olunmuşdu.

Hazırda Qərb ölkələri Əzəm əs-Səadət Fərəhini dünyanın ən böyük diktatura rejimindəki diktator arvadı kimi tanıyır.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!