Modern.az

Film kimi olay! - 21 ildən sonra dili açılan Rövşən: "İndi danışıram da, çalışıram da" - VİDEO

Film kimi olay! - 21 ildən sonra dili açılan Rövşən:

Reportaj

13 İyun 2023, 19:10

"Qulaq gündə bir söz eşitməsə kar olar"-deyib atalar. Bəzən isə elə söz eşidirik ki, o, sözdən daha çox möcüzəyə bənzəyir, elə möcüzənin özü olur sanki. Əlbəttə, mözücələr də öz orijinallığı ilə fərqlənirlər. Sizə təqdim edəcəyimiz möcüzə isə bəlkə də ölkəmizdə görünməmiş, duyulmamış hadisədir.

 

Bu möcüzə Fərzəliyev Rövşən Oğul oğlunun həyatı ilə bağlıdır. Əslən Lənkərandan olan Rövşən 1995-ci ilin 25 iyulunda Bakıda dünyaya göz açıb. Rövşən dünyaya göz açsa da, dünya onun qulağı və dilini açmayıb. O, 21 yaşına qədər nə eşidib, nə də danışıb. Amma 7 il öncə uzun çəkən müalicə və əməliyyatdan sonra bir səhər oyanıb ki, artıq həm eşidir, həm də danışır. Biz də AzEdu komandası olaraq, bu hadisədən xəbər tutunca, Rövşəni, onun həyatında yaşanmış film kimi olayı insanlara çatdırmaq üçün onunla görşməyi qərara aldıq. Əlbəttə, məqsəd onun kədəri üzərində xoşbəxtlik qurmaq deyildi. Hədəf xəlq edən xaliqin nə möcüzələr yaratdığını topluma izhar etmək və onları hər hansı bir çətinlikdə motivasiyadan düşməməyə səsləməkdir. Rövşənlə elə evlərinin yaxınlığında görüşdük. Hələ uzaqdan müşahidə edib, onun insanlara necə pozitiv ovqat və enerji ötürməsi ilə bağlı müsbət qənaətə gəlmək olar. Gəlin onun ailəsini və özünü öz dili ilə tanıyaq:

 

Evin son beşiyiyəm. Məndən böyük bir qardaş və bir bacım var. Həm dayıyam, həm də əmi. Qardaşım Avstriyada təhsil alıb, qayıdıb. İndi dövlət işində çalışır. Ailəlidir, bir övlad var. Bacım da ailə həyatı qurub, iki övladı var. Həkimdir, lakin özlərinə məxsus restoranı idarə edir. Mənə isə uzun müddət idi, eşidə və danışa bilmirdim. Əlbəttə, bu mənə əsəb, gərginlik və stress yaşadırdı. Bəzən fikrimi ifadə edə bilmirdim və bu , məni hiddətləndirirdi. Qəzəblənirdim, bəzən özümə qapanırdım. Amma indi çox şükür, olduqca rahatam. Hamı kimi eşidirəm, danışıram. Deyib-gülürəm, işləyirəm. Əlbəttə, sevinirəm, sanki dünyaya yenidən gəlmişəmmiş kimi hiss edirəm özümü. Bu, məni çox sevindirir.

 

Əvvəllər mühafizə xidmətində çalışan Rövşən işi çətin və stressli olduğu üçün oradan ayrılıb, indi bacısının restoranında çalışır:

 

-Həm səhər tezdən restoran üçün alış-verişləri edirəm, ondan sonra da ofsiant köməkçisi kimi fəaliyyət göstərirəm.


Və biz yola düzəlib, Rövşənin çalışdığı restoran üçün bazarlıq etdiyi bazara gedirik.
Rövşənlə söhbətimiz maşında da davam edir. Açığı, maşın idarə etdiyi üçün ona sual verməkdən çəkindim, amma danışmağa o qədər təşnədir ki ki... 21 il danışa bilməyən insan indi danışır, buna necə meyilli olmasın axı...?!

 

Rövşən avtomobili illərin peşəkar sürücüsü kimi idarə edir.


Həmsöhbətimiz deyir ki, maşın sürməyi özü öyrənib, bunun üçün xüsusi kursa getməyib. 2015-ci ildən sonra isə hazırlaşıb, imtahan verib, sürücülük vəsiqəsi alıb.
Rövşənin avtomobilini də çox səliqəli-sahmanlı saxlayır. Avtomaşının ili köhnə olsa da, içərisi və çölü o qədər təzədir ki... Rövşən o avtomobili "göz bəbəyi kimi qoruyur". Yolda elə rahat manevrlər edir ki... Bəzən də tıxaca düşürük... Xanım sürücülər gözümüzə dəyir və xanımların avtomobil idarə etməsinə münasibətini soruşuruq. O, bunu çox normal qəbul edir və gələcək xanımının avtombil idarə etməsinə qarışmayacağını bildirir. Fürsəti fövtə verməyib, sevgilisinin olub-olmadığını öyrəndik. O sevgilisinin olmadığını deyir, amma gələn il ailə həyatı qurmağı düşündüyünü vurğulayır. Nəhayət bazara çatırıq və Rövşən axşamdan hazırladığı siyahı üzrə alış-veriş edir, hesab 85 azn tutur. Onu da əlavə etmək yerinə düşər ki, Rövşəni o bazarda tanımayan yoxdur. Kim onu görürdüsə bizə tərifləyirdi. Onun olduqca mehriban, istiqanlı və əməksevər olduğunu ifadə edirdilər. Görünən dağa nə bələdçi?! Biz də onun çalışqanlığının canlı şahidləriyik. Kim görür, hamı Rövşənlə salamlaşır, hal-əhval tutur, ona dost münasibətini sərgiləyirdi. Əlqərəz, Rövşən meyvə-tərəvəzləri götürür və ərzaq almaq üçün başqa bir topdansatış mərkəzinə yollanırıq. Orada da Rövşənə xüsusi bir diqqət, nəvazişinin şahidi oluruq. Oranı da tərk edib, onun çalışdığı restorana üz tuturuq. Yenə də tıxaca düşürük, yenə də söhbət üçün fürsət yaranır.


Rövşən deyir ki, dünyanın 4 -5 ölkəsində olub. O Avstriya, Almaniya, Çexiya, İran və Türkiyəni gəzib. Deyir ki, təxminən 700 manat əmək haqqı alır və pulu toplayıb, dünya ölkələrini gəzir. Ən çox bəyəndiyi ölkə Almaniyadır.


Nəhayət restorana çatırıq, məhsullar boşaldılır və masa arxasına keçib, söhbətimizi davam etdiririk.
O 10 yaşı olanda anasını itirib. Anası uzun sürən xəstəlikdən dünyasını dəyişib. Müsahibimiz deyir ki, anası da onun qüsurundan çox nigaran və narahat imiş. Təəssüf ki, onun Rövşənin indiki durumunu görməsinə ömür vəfa etməyib. Rövşən anası üçün çox darıxdığını deyir. Hətta gözləri dolur..
Anası ilə bağlı xatirələrinin az olduğunu və ya olmadığını deyən Rövşən bildirir ki, anası haqq dərgahına qovuşanda o uşaq olub. Ana qayğısı və nəvazişini az görüb. Amma Rövşən atasından o qədər razıdır ki... Deyir, ona həm ata, həm da ana olub. Atası onun eşidə, danışa bilməsi üçün əlindən gələni əsirgəməyib. Hətta onu lal və karlar üçün olan internat məktəbinə deyil, normal, ənənəvi orta məktəbə qoyub ki, orada uşaqlara baxıb, danışsın. Rövşən ədəbiyyat, tarix və bilologiya fənlərini çox bəyənir. O, kollecdə mühasibat və fərdi operator ixtisasına yiyələnib.
Rövşən atasından həm də ona görə razıdır ki, müalicəsi üçün ona Amerika, İran və Türkiyədən həkimlər gətizdirib. Müalicələrin az da olsa faydası olub və nəhayət 2015-cildə türk həkimin etdiyi əməliyyatdan sonra onun vəziyyəti xeyli düzəlib və başına yerləşdirilən cihaz onun eşitməsinə böyük dəstək olub. Həmsöhbətimiz bildirir ki, həmin aparatı atası hələ 2015-ci ildə 23 min manata alıb.
Rövşən həm də mərhum xalq artisti Canəli Əkbərovun qız nəvəsidir. O deyir ki, Canaəli babası onu lap çox istəyirmiş. Hər dəfə babası gilə gedəndə onunla maraqlanarmış. Hətta Rövşən avtombil qəzası keçirəndə babası onu bir an belə buraxmazmış.


Rövşən yaxşı dostlarının olduğunu da dilə gətirib. O deyir ki, dostları ilə sıx-sıx görüşə bilmir, çünki işləri çox olur:


-Yaxşı dostlarım var, amma pislər də olmamış deyil. Hansı dostumun hərəkətləri xoşuma gəlmirsə, ondan uzaqlaşıram. Cəmiyyətdə bəziləri mənə yuxarıdan aşağı baxır. Bunu hiss edəndə hiddətimi gizlədə bilmirəm. Amma yaxşı insanlarımız da çoxdur.


Rövşən onu da diqqətə çatdırır ki, restoranda insanlara xidmət etməkdən zövq alır. Onlara qulluq edir, qonaqlarla həmsöhbət olur və bu, ona xoş təəssürat bağışlayır.

 

Rövşən iş həyatı ilə bağlı gələcək planlarından da danışdı. O qeyd etdi ki, gələcəkdə iş qurmaq istəyir:

 

"Atam dəstək verəcək və özümə iş quracağam".


Rövşənin çalışdığı restoranda onun fəaliyyətini izlədikdən sonra ona ikinci nəfəs verən Azərbaycan Psixologiya Akademiyasına yollanırıq. Akademiyanın direktoru Sevda xanım Əzizova onunla ilgilənir, hazırda özünü necə hiss etdiyini soruşur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı