Modern.az

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR

Reportaj

14 İyun 2023, 13:28

Bu gün 2022-2023-cü tədris ilində orta məktəblərdə təhsil alan 1.707.279 şagirddən 98.649 nəfəri XI sinfi başa vurub.

 

Məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var.


AzEdu.az məzun olan jurnalist övladları haqda təqdimat hazırlayıb. Yazını diqqətinizə çatdırırıq.



No description available.
 

Modern.az saytının rəhbəri Elşad Eyvazlının kiçik oğlu Tuncay Bakıdakı 62 nömrəli məktəb-liseyin 11-ci sinfini biitirib.

 

****


No description available.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin oğlu Fərid də XI sinfə əlvida deyən məzunlar sırasında yer alır.

***

No description available.

Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədli XI sinfi bitirən məzunlar sırasındadır.

 

***


No description available.


Bu gün Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin qızı Xədicə üçün də "Son zəng" səslənib.

***



Yeniçağ.az saytının əməkdaşı Araz Zeynalov da bu gün sevinən valideynlərdəndir. Həmkarımızın qızı Şəms 11-ci sinifdən məzun olub.

 

***

No description available.

Tanınmış telejurnalist, məşhur “Qulp” verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərovun qızı Əsmər də bu il orta məktəblə vidalaşıb.

***

No description available.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülnur Niftəli Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.

***

No description available.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin əməkdaşı Firidun Məhərrəmovun oğlu isə Bakıdakı Atatürk Liseyini bitirib.

***

No description available.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin oğlu Amin orta təhsilini Türkiyədə tamamlayıb. O, İstanbuldakı Bakırköy Göksel Baktagir Güzel Sanatlar liseyində təhsilini başa vurub.

 

***

No description available.

Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlunun qızı Nəzrin 11-ci sinfi bitirdi, o, indi ali məktəbə hazırlaşır.

***


No description available.

Modern.az saytının əməkdaşı Elmar Hüseynovun isə qardaşı – Murad orda məktəblə həmişəlik sağollaşıb.

***

No description available.

Tanınmış telejurnalistlər Həmid Herisçi və İlhamiyyə Rzanın oğlu İbrahim 102 saylı orta məktəbdən məzun olub.

***

No description available.

Dia.az saytının rəhbəri Məhəmməd Ərsoy oğlu Domrulun 11-ci sinif məzunu olmağının sevincini yaşayıb.

***



Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Pərvanə İbrahimovanın oğlu Ərhan İbrahimli BDU nəzdindəki "Gənc istedadlar" liseyindən, bacısı qızı Özləm Əhmədli isə Gəncə şəhər Fizika, Riyaziyyat və informatika təmayüllü liseydən məzun olublar.

***



Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın oğlu Əziz İsgəndərli 62 nömrəli məktəb-liseydən məzun  olub.

 

Orta məktəbdən məzun olan bütün gəncləri və valideynlərini təbrik edir, onlara ali məktəbə qəbul imtahanlarında uğurlar arzulayırıq...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır