Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

9 İyun 2016, 13:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

 

Xəbərdarlıq - Qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Modern.az

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı