Modern.az

Bakıda intihar edən 14 yaşlı qız barədə yeni AÇIQLAMA

Bakıda intihar edən 14 yaşlı qız barədə yeni AÇIQLAMA

Aktual

9 İyun 2016, 15:28

Pirallahı rayonunda orta məktəb şagirdinin intihar etməsilə bağlı bəzi məqamlar məlum olub.

Pirallahı Rayon İcra Hakimiyyətinin İnformasiyanın təminatı və təhlili sektorunun müdiri Röyal Sarıməmmədovun Modern.az saytına verdiyi məlumata görə, hadisə iyun ayının 8-də baş verib:

“İntihar edən şəxs Pirallahı rayonu, Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsi, ev 2a ünvanında yaşayan 2002-ci il təvəllüdlü Əhmədli Səbinə Azər qızıdır. O, iyunun 8-də saat 16:30 radələrində yaşadığı evin həyətyanı sahəsində yerləşən daş tikilədən ibarət saxlanc yerində televizor kabeli ilə özünü asaraq intihar edib”.

R.Sarıməmmədovun bildirdiyinə görə, Səbinə Əhmədli normal, problemi olmayan ailədəndir, onun bir bacısı var:

“Hələlik intiharın səbəi bilinmir”.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı