Xəzər dənizində batmış şəxsin meyiti tapılıb.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, iyulun 20-də Bakı şəhəri, Xəzər rayonunda batmış 1983-cü il təvəllüdlü Əliyev Orxan Rafiq oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
Sudan çıxarılan cəsəd aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat bu gün saat 07:14-də başa çatıb.
Modern.az