Modern.az

Rusiyada parlament seçkisində hakim partiya irəlidədir: İlkin nəticələr

Rusiyada parlament seçkisində hakim partiya irəlidədir: İlkin nəticələr

Aktual

18 Sentyabr 2016, 22:24

Rusiya Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə, “Vahid Rusiya” 44,15 faiz səs toplayıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu, Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin Sosial-iqtisadi və siyasi araşdırmalar fondunun sifarişi ilə keçirilən sorğu nəticəsində ortaya çıxıb.

İkinci sıradakı Rusiya Liberal-Demokrat Partiyası 18,39, Rusiya Kommunist Partiyası 17,24 faiz səs yığıb. “Ədalətli Rusiya”nın indiki səs faizi 6,24-dür. Beşinci sırada artıq “Yabloko” yoz, “Rusiya kommunistləri”dir – 2, 91 faiz səs toplayıb.

Beləliklə, hakim partiya birmandatlı dairələrin  6,72 faizində səslərin hesablanmasından sonra Dövlət Dumasında 65 yer əldə edir.

Dumaya seçkilər qarışıq sistem üzrə keçirilib - 225 deputat partiya siyahısından, bir o qədər də birmandatlı dairələrdən seçilib.

Rusiyanın baş naziri Dmitri Medvedyev hakim partiyanın seçkidə qalib gəldiyini açıqlayıb. Prezident Vladimir Putin də bu dəqiqələrdə “Vahid Rusiya”nın mərkəzi seçki qərargahına gəlib.

Qeyd edək ki,  bu gün Rusiyada Dövlət Dumasına seçki keçirilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı