Modern.az

Partlayışda 73 yaşlı kişi yanaraq ölüb

Partlayışda 73 yaşlı kişi yanaraq ölüb

Aktual

14 Dekabr 2016, 20:15

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, evin hamamında qaz sızmasından partlayış baş verib.

 

Nəticədə, yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı