Modern.az

Yalandan ölüm xəbərini yaymaq cinayətdir?

Yalandan ölüm xəbərini yaymaq cinayətdir?

Current

10 Aprel 2017, 14:51

“Jurnalist ilk növbədə yalan məlumat yaymamalıdır. Xüsusilə də onun yaydığı bu məlumat kiməsə zərər verirsə, o zaman məsuliyyət yaranır”.

 

Bunu Modern.az-a açıqlamasında hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.

 

Ekspert bildirib ki,  bu məsuliyyət iki cürdür: etik və hüquqi məsuliyyət.

 

“Etik məsuliyyət etik kodekslə tənzimlənir. Mətbuat Şurasının da bununla bağlı etik kodeksi var. Bu 2003-cü ildə qəbul edilmiş “Jurnalistlərin etik peşə davranışı haqqında” kodeksidir. Eyni zamanda hüquqi məsuliyyət də “Kütləvi informasiya vasitələri haqqında” qanunda göstərilib.

 

Orada qeyd edilib ki, jurnalist yalan məlumat yayan başqalarına zərər verməməlidir. Bu baxımdan da jurnalistin yaydığı məlumat hər hansı bir zərər yaradarsa, o zaman jurnalistin məsuliyyəti yaranır. Bu zərər də zərərçəkmiş tərəfindən məhkəməyə verilərək kompensasiya edilə bilər”.

 

Ələsgər Məmmədli  deyib ki, buna misal olaraq , son zamanlar meyxanaçı Kərimin ölümü ilə bağlı yayılan xəbərləri göstərmək olar.

 

“Həqiqətən də onun anasının bu xəbərdən sonra öldüyü  məqam çox vacibdir. Həqiqətən də onun anasının bu xəbərdən sonra öldüyünü biz bilə bilmərik.  Bunu ancaq təhqiqatçılar bilə bilər. Amma hər halda bu xəbərin yayılması etik davranış deyil. Bir insanın həyatda ola-ola onun ölüm xəbərini yazmaq, onun yaxınlarını ölüm həddinə gətirib çıxara bilər”.

Qeyd edək ki, mətbuatda məşhur meyxana ustası Kərim Novruzov ölümü ilə bağlı xəbərlər yer alıb.

Bu məlumatın yalan olmasına baxmayaraq, meyxanaçının qohumları xəbəri eşidən kimi söz ustadının evlərinə gediblər.

 

Onlar mətbuata açıqlamasında meyxanaçının anasının xəstə olduğunu deyiblər. Və bu xəbəri eşitdikdən iki saat sonra Kərimin "ölməsinə" dözməyib dünyasını dəyişdiyini bildiriblər.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı