Modern.az

İlham Əliyev Türkmənistanla bağlı sənədləri TƏSDİQLƏDİ

İlham Əliyev Türkmənistanla bağlı sənədləri TƏSDİQLƏDİ

Aktual

29 Noyabr 2017, 18:53

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

 

Müəllif Hüquqları Agentliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

 

Dövlət başçısı həmçinin Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

 

Mədəniyyət və Turizm Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı