Modern.az

Qubada itkin düşən qadın tapıldı

Qubada itkin düşən qadın tapıldı

Актуально

15 Yanvar 2019, 11:43

Qubada itkin düşən qadın tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı