Modern.az

SSRİ-nin ilk kosmonavtlarından daha biri dünyasını dəyişdi

SSRİ-nin ilk kosmonavtlarından daha biri dünyasını dəyişdi

Aktual

27 Mart 2019, 23:43

SSRİ-nin ilk kosmonavtlarından sayılan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan Valeri Fyodoroviç Bıkovski 85 yaşında dünyasını dəyişib.

Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə kosmonavtların hazırlığı Mərkəzinin rəsmi saytında məlumat yer alıb.

Sovet kosmonavtikasının ilk nümayəndələrindən olan V.Bıkovski ilə vida mərasimi martın 29-da baş tutacaq.

V.F.Bıkovski 1934-cü ildə anadan olub. 1953-cü ildə Kamenka şəhərində 6-cı hərbi aviasiya məktəbində pilotların yetişdirilməsi üzrə ibtidai təhsil alıb. 1955-ci ildə isə hərbi aviasiya üzrə təlim-tədris mərkəzini bitirib.

O, 1960-cı ildən hərbi hava qüvvələrinin ilk kosmonavtlar heyətinə daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı