Modern.az

Ağsuda torpaq sürüşdü – yol bağlandı

Ağsuda torpaq sürüşdü – yol bağlandı

Aktual

1 Aprel 2019, 17:14

Bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Modern.az-a verdiyi məlumata görə, nəticədə yolla hərəkət qısa müddətlik məhdudlaşıb:

“Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyini texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub”.

Onun sözlərinə görə, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı